Şrifti böyüt:
Çap et
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı 8 Mart
Beynəlxalq qadınlar günü münasibəti ilə tədbir keçirmişdir. AMEA Azad
Həmkarlar İttifaqının sədri dosent Sənan Həsənov tədbiri giriş çıxışı ilə açmış və
göstərmişdir ki, qadınların akademiyanın institutlarının elmi-ictimai həyatında
böyük önəmli rolu var. Bu münasibətlə AMEA –nın bir qrup alim qadınına fəxri
fərman verilmişdir.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Həmkarlar Təşkilatının sədri , türk
dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə
Çingiz qızı Mahmudova Həmkarlar İttifaqının işində səmərəli ictimai fəaliyyətinə
və 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təltif edilmişdir.