- Ünvan : AZ1143, Azərbaycan Respublikası,
Bakı ş., H.Cavid pr., 31, V mərtəbə - Baş direktor : +994(12)537 20 81
- İcraçı direktor : +994(12)537 20 89
- Ümumi işlər üzrə direktor müavini : +994(12)510 12 81
- Elmi katib : +994(12)537 20 88
- Mühasibat : +994(12)537 20 84
- "Türkologiya" jurnalı: +994(12)537 20 83
- Terminologiya şöbəsi : +994(12)510 20 56
- Nitq mədəniyyəti və monitorinq şöbəsi : +994(12)537 20 83
Cənab prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramında Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmiz-liyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmamasının, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə qaynar xəttin yaradılması nəzərdə tutulub.
"Qaynar xətt”in fəaliyyəti 2 mərhələdə təşkil olunub. Birinci mərhələdə əsas məqsəd Dövlət Proqramınında nəzərdə tutulduğu kimi əhalini, ictimaiyyəti dil nöqsanlarının aradan qaldırılmasına cəlb etməkdir. İnsanlar küçədə, televiziyada, reklamlarda, afişalarda gördükləri dil xətaları ilə bağlı "Qaynar xətt”ə məlumat verə biləcəklər.
İkinci mərhələdə isə daha çox vətəndaşlardan və jurnalistlərdən daxil olan sorğuları cavablandıracaq.
Dilçilik İnstitutunun "Qaynar xətt”i 24 saat, fasiləsiz fəaliyyət göstərir: "Vətəndaşların sualları, dillə bağlı iradları 24 saat ərzində yazılıb qeyd olunur.
İnanırıq ki, "Qaynar xətt” Azərbaycan dilindəki qüsurların aradan qaldırılmasına öz töhfəsini verəcək”.