Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun magistraturasına 2015-ci ildən 060201-Filologiya ixtisasının müxtəlif ixtisaslaşmaları üzrə qəbul həyata keçirilir.

• 2015-ci tədris ili üçün Qədim yunan dili, Latın dili, Sanskrit dili ixtisaslaşmaları üzrə;
• 2016-cı tədris ili üçün Qədim erməni dili, İvrit dili, Toponimika ixtisaslaşmaları üzrə;
• 2018-ci tədris ili üçün Latın dili ixtisaslaşması üzrə;
• 2019-cu tədris ili üçün Qədim türk dili, Qədim ibri dili, Qədim gürcü dili ixtisaslaşmaları üzrə magistrlər qəbul edilmişdir.
Təhsil müddətində magistrantlar oxumaqla yanaşı, işlə də təmin edilir və elmi fəaliyyətlərə cəlb olunurlar.