AMEA Nəsimi adına Dilçilik İnstitutunun bir qrup əməkdaşı AMEA Lənkəran Regional Elmi Mərkəzinin qonağı olub.

Şrifti böyüt:
Çap et

Bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutunun bir qrup əməkdaşı AMEA Lənkəran Regional Elmi Mərkəzinin qonağı olub.

Mərkəzin Elmi kitabxanasına Dilçilik İnstitutu kollektivi adından 200 kitab hədiyyə olaraq təqdim olunub. Dilçilik İnstitutuna təşəkkür edən Mərkəzin direktoru filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümid etdiyini bildirib. Mehman Əliyev Mərkəzin AMEA- nın prezidenti akademik İsa Həbibbəylinin tövsiyəsi ilə yaradıldığını və bir neçə ay ərzində kitabxana fondunun xeyli artdığını qeyd edib. Natiq akademik İsa Həbibbəyliyə və Nəsimi adına Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədliyə göstərdikləri dəstəyə görə bir daha minnətdarlığını bildirib.

Tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Məsud Mahmudov, Hind-Avropa dilləri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İlham Tahirov, Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Kitabxanasının direktoru Sevil Zülfüqarova, baş mütəxəssis Talehə Bakıxanova və Regional Mərkəzin kollektivi arasında gələcəkdə elmi əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.