Elmi Şuranın iclası keçirilib

Şrifti böyüt:
Çap et

24 apreldə AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın iclası keçirilib.  İclasda şöbə müdirləri, şura üzvləri iştirak edib.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli gündəlikdə duran məsələlərdən danışıb.

2024-cü il yaz sessiyası doktorluq imtahanları komissiyası və doktorluq imtahan suallarının təsdiqi məsələləri müzakirə olunub.

Həmçinin iclasda 2023-cü ildə Əlaqələndirmə Şurasında qeydiyyata alınmış doktorant və dissertantlar üçün mövzuların təsdiqi məqsədəuyğun və aktual olub.

Nəzəri dilçilik şöbəsi üzrə aparıcı elmi işçi, Tətbiqi dilçilik şöbəsi üzrə böyük elmi işçi, Sosiolinqvistika və psixolinqvistika şöbəsi üzrə elmi işçisi vəzifələrinə elan olunmuş müsabiqənin keçirilməsi üçün hesablayıcı komissiya yaradılıb , səsvermə keçirilib.

Sonda iclasın katibi filologiya elmləri doktoru Aynel Məşədiyeva cari mələləri diqqətə çatdırıb.  İclas cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.