6 martda AMEA Nəsimi adına Dilçilik İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar
Gününə həsr olunan tədbir keçirilib.
Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli bu elm sahəsində işləyən qadın
əməkdaşları və onların timsalında bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü
münasibəti ilə təbrik edib, onlara cansağlığı və elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Nadir Məmmədli Azərbaycan qadınlarının institutdakı xidmətlərindən, cəmiyyətdəki rolundan
və nüfuzundan bəhs edib.
Daha sonra Dilçilik İnstitutunun Azad Həmkarlar İttifaqının sədri dosent Qətibə Mahmudova
çıxış edərək bütün qadınları bayram münasibətilə təbrik edib.
Tədbirin sonunda institutun elmi və ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup xanıma Dilçilik İnstitutu Həmkarlar Təşkilatının büdcəsindən institutda çalışan qadınların
hamısına bayram hədiyyəsi təqdim edilmişdir. Dilçilik İnstitutu Həmkarlar
Təşkilatının büdcəsindən institutun fərqlənən 23 qadını təşəkkürnamə ilə təltif
olunmuşdur. Eyni zamanda qadınlara qızılgül də təqdim edilmişdir.
Şrifti böyüt:
Çap et