Dilçilik İnstitutunun gənc əməkdaşları mükafatlandırılıb

Şrifti böyüt:
Çap et

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib

Tədbirdə institutun direktoru professor Nadir Məmmədli elmi müəssisənin fəaliyyətində gənclərin xüsusi yeri olduğunu bildirib. O, institutun Gənc Alim və Mütəxəssislər Şurasının yeni seçilən büro üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Arzu İsgəndərzadə əlamətdar günün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunduğunu bildirib.

Tədbirdə Dilçilik İnstitutunun son illər ərzində fəaliyyətini, gənclərin iştirak etdikləri tədbirləri əks etdirən görüntülərdən ibarət videoçarx nümayiş olunub.

Sonda institutun ictimai və elmi həyatında səmərəli fəaliyyətinə görə bir qrup fəal gəncə mükafat və təşəkkürnamələr verilib.