Şrifti böyüt:
Çap et
Bu gün Nəsimi adına Dilçilik İnistitutunda doktorant və dissertantlara növbəti mühazirə keçirilib.
Mühazirəçi Hind-Avropa dilləri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İlham Tahirovun "Azərbaycanda nəzəri dilçilik problemlərinin tarixi" mövzusunda mühazirəsi maraqla qarşılanıb. Sonra mühazirə ətrafında müzakirələr aparılıb.
Mühazirədə doktorantlarla yanaşı institutun rəhbərliyi, Təhsil şöbəsinin işçiləri və Rəyasət Heyəti Elm və təhsil şöbəsinin işçiləri də iştirak ediblər.