AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi
şöbəsində tərtib olunmuş “Türk mənşəli arxaizmlər lüğəti” (XIII-XVIII əsrlər
Azərbaycan yazılı abidələri əsasında) əsərinin I cildi çapdan çıxmışdır. Üç cild
olması nəzərdə tutulan lüğətin I cildinə A, B, C, Ç, D, E, Ə hərfləri daxil
edilmişdir.
Layihənin rəhbəri və ön sözün müəllifi fil.ü.f.d., dos. Xədicə Heydərova,
elmi redaktoru fil.e.d., prof. Nadir Məmmədli, tərtibçiləri – fil.ü.f.d., dos. Xədicə
Heydərova və fil.ü.f.d., dos. Teyyub Quliyevdir. Redaksiya heyətinə daxildir:
Akademik Nizami Cəfərov, akademik Möhsün Nağısoylu, fil.e.d., prof. Elbrus
Əzizov, fil.e.d., prof. Qəzənfər Kazımov, fil.e.d., prof. Mahirə Hüseynova, fil.e.d.,
prof. İsmayıl Məmmədli, fil.e.d., prof. Məhərrəm Məmmədli, fil.e.d., prof. Rüfət
Rüstəmov, fil.e.d., prof. Sevil Mehdiyeva, fil.ü.f.d., dos. Kifayət İmamquliyeva,
fil.ü.f.d., dos. Qızılgül Abdullayeva, fil.ü.f.d., dos. Vahidə Cəfərzadə, fil.ü.f.d.,
dos. Teyyub Quliyev.
“Türk mənşəli arxaizmlər lüğəti” orta əsr Azərbaycan dilinin yazılı
abidələrində işlənmiş leksik, semantik, fonetik və qrammatik arxaizmlərin
semantik iyerarxiyasının inkişafını, işləkliyini və ya istifadədən çıxmasını, sözün
forma və funksiyasının dəyişmə dinamikasını əks etdirən diaxron filоlоji lüğətlər
növünə aid tarixi lüğətdir. Burada hər bir arxaizmə aid nümunələr xronoloji
ardıcıllıqla düzülmüşdür. Əsərin mənbələri “Kitabi-Dədə Qorqud”dan başlamış
XVIII əsrə qədərki orta əsr nəzm və nəsr əsərləridir. Bu baxımdan təqdim edilən
leksikoqrafik əsər Azərbaycan dili tarixinin leksikologiya, semasiologiya,
sintaksis, morfologiya, fonetika sahələri üçün zəngin material mənbəyi olub,
konkret dövrlər üzrə aparılacaq tədqiqatlar üçün geniş imkanlar açır. Belə bir
qeyri-normativ xüsusiyyətə malik lüğətin yaradılması Azərbaycan dili tarixinin
tədqiqatı sahəsində yenidir və tədqiqatçılar üçün əvəzolunmaz məxəzdir.
Şrifti böyüt:
Çap et