Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü il dönümü səbəbi ilə
“Türkologiya” jurnalının 2023-cü il ikinci nömrəsi “Cümhuriyyətin 100
illiyi”nə həsr edilmişdir.
Jurnalın Cümhuriyyətin 100 illiyinə həsr olunmuş nömrəsində müxtəlif
mövzulu məqalələrdə Atatürkün Azərbaycan konsepsiyasının ideoloqu –
İmayıl Hikmət Ertaylan, Atatürkün dil siyasəti, Cümhuriyyət dövründə
hüquq sənədlərinin tədqiqi, Cümhuriyyət dövründə Türkiyədə yazılan
qrammatik kitablar və digər mövzular barəsində tədqiqatlar aparılmışdır.
Həmçinin 2023-cü ilin ikinci nömrəsində Azərbaycan, Qırğızıstan,
Macarıstan, Bolqarıstan, Şimali Makedoniya, Rusiya alimlərinin
türkologiyanın ayrı-ayrı sahələrinə aid məqalələri dərc olunub.
Geniş istiqamətləri ehtiva edən beynəlxalq elmi jurnalın “Klassik irs”,
“Ədəbi əlaqələr”, “Ədəbi irs”, “Dil əlaqələri”, “Dil və ədəbi əlaqələr”
rubrikalarında yer alan nəzəri məqalələr oxucular tərəfindən maraqla
qarşılanacaq.
“Personalia” rubrikasında isə Mehmet Akif Ersoy 150, Teymur Kerimli
70, İlham Tahirovun 60 illik yubileylərinə həsr olunmuş məqalələr çap
edilib.
Jurnalın baş redaktoru Nəsimi adına Dilçilik İnstitutunun direktoru,
professor Nadir Məmmədli, məsul katibi dosent Aysel Qəriblidir.
Şrifti böyüt:
Çap et