Dilçilik İnstitutunun elmi katibi Türkiyədə beynəlxalq konfransda iştirak edib

Şrifti böyüt:
Çap et

12 yanvar 2024-cü il tarixində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi katibi, filologiya elmləri doktoru, dosent Aynel Məşədiyeva Türkiyənin İstanbul şəhərində keçirilən və Merit Group şirkətinin Baş texniki direktoru Mesut Gülaçtının təşkil etdiyi “App Sheet programının uygulama eğitimi” adlı beynəlxalq konfransda iştirak etmişdir.

Beynəlxalq konfransda Türkiyə və Azərbaycan ilə yanaşı Avropanın 8 ölkəsindən 40-dan çox yüksək vəzifəli nümayəndə iştirak etmişdir. Tədbirin əsas məqsədi dövlət müəssisələrini Google AppSheet və Google App Script programları ilə gücləndirmək olub. Konfrans həm də insan qaynaqları sahəsində Avropa dəyərlərinin və standartlarının təbliği üçün əhəmiyyətli platforma olub.

Konfrans iştirakçıları sertifikatla təltif edilmişdir.