AMEA Rəyasət Heyətinin “Heydər Əliyev İli” nin yekunlarına həsr olunan
genişləndirilmiş iclası keçirilib.
Dekabrın 21-də AMEA Rəyasət Heyətinin “Heydər Əliyev İli”nin yekunlarına həsr
olunan “Əbədiyyətin əbədi ünvanı” mövzusunda genişləndirilmiş iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AR Milli Məclisinin
deputatları, AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisə və təşkilatlarının
direktorları, YAP ərazi partiya təşkilatının nümayəndələri və gənc alimləri iştirak
ediblər.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Ulu
Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərinə
toxunub. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev sovet hakimiyyəti illərində
Azərbaycanı ittifaqın ən geridə qalmış ölkəsindən inkişaf etmiş respublikasına
çevirməsi və SSRİ kimi dünyanın aparıcı dövlətinin rəhbərliyi səviyyəsinə
yüksəlməsi ilə beynəlxalq aləmin diqqətini öz üzərinə çəkib. Akademik İsa
Həbibbəyli bildirib ki, hələ sağlığında ikən Ulu Öndərin misilsiz xidmətləri
alimlərimiz, yazıçılarımız və ziyalılarımız tərəfindən həm elmi, həm də bədii
ədəbiyyatda öz əksini tapıb, yerli və xarici jurnallarda məqalələr dərc olunub.
Tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir
Məmmədli, Terminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqova, Kompüter
dilçiliyi şöbəsinin müdiri professor Məsud Mahmudov, Azərbaycan dilinin tarii
şöbəsinin müdiri dosent Xədicə Heydərova AMEA-nın prezidenti akademik İsa
Həbibbəyli tərəfindən “ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi
haqqında” 29 sentyabr 2022-ci il tarili sərəncamı ilə əlaqədar Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və fəaliyyətinin, zəngin siyasi
irsinin , dövlətçilik ideallarının tətbiqi və təbliği sahəsində” xidmətlərinə görə
Təşəkkürnamə ilə təltif ediliblər.
Qeyd edək ki, bu il professor Nadir Məmmədlinin “Heydər Əliyevin dilçilik
görüşləri”, professorlar Sayalı Sadıqova, Mahirə Hüseynovanın “ Heydər Əliyev
və Azərbaycan dilinin inkişaf konsepsoyası” , mərhum akademik Ağamusa
Axundov, Müseyib Məmmədov, Nadir Məmmədli və Məsud Mamudovun “Heydər
Əliyev Azərbaycan dili və azərbaycanılıq” , dosent Xədicə Heydərovanın “Heydər
Əliyevin siyasi dilinin lüğəti” kitabları çap olunub.
Həmkarlarımızı təbrik edir, onlara uğurlar diləyirik.
Şrifti böyüt:
Çap et