Şrifti böyüt:
Çap et
18 dekabrda Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik
İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə ixtisas imtahanı keçirilib.
Müvafiq ixtisaslar üzrə komissiya üzvləri imtahan prosesini izləyib.
Komissiyanın sədri, elmi müəssisənin baş direktoru professor Nadir
Məmmədli gənclərə uğurlar diləyib.
Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim
Heydərov doktorantların sənədləri barədə məlumat verib.
Dilçilik İnstitutunun fəlsəfə doktoru proqramı üzrə dil nəzəriyyəsi və roman
dilləri ixtisasından 4 nəfər doktorant uğurla ixtisas imtahanı verib.