MDU və Dilçilik İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə edilib

Şrifti böyüt:
Çap et

Dekabrın 14-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda olub.

Rektor Şahin Bayramov Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli və bu elmi-tədqiqat müəssisəsinin müvafiq əməkdaşları ilə görüşüb.

Görüşdə Dilçilik İnstitutu ilə MDU arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə edilib. Bununla yanaşı, Dilçilik İnstitutu tərəfindən MDU-ya 145 ədəd kitab hədiyyə edilib.

Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da elmi fəaliyyətin səmərəliliyinin artırılması və yeni dövrün tələblərinə uyğun elmi kadrların hazırlanması məqsədilə elmi-tədqiqat institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi prioritetlər sırasındadır.