Dekabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik
İnstitutunun elmi şurasının 2023-cü il üçün illik hesabatı dinlənilib.
İclası giriş sözü ilə açan Nəsimi adına Dilçilik İnstitutunun direktoru
professor Nadir Məmmədli elmi müəssisədə tədqiqat işlərinin “Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin
inkişafına dair” Dövlət Proqramının 3.1.3 bəndinə müvafiq olaraq yerinə yetirilmiş
və başa çatdırılmışdır.
Sonra institutun elmi katibi, filologiya elmlər doktoru Aynel Məşədiyeva
2023-cü ildə görülən işlər barədə geniş hesabatla çıxış edib.
Aynel Məşədiyeva bildirib ki, bir il ərzində institut əməkdaşları 1 istiqamət,
14 problem, 20 mövzu, 100 iş üzərində tədqiqat aparıblar.
Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham
Əliyevin 2023-cü ildə imzaladığı Sərəncamlara əsasən institutda “Heydər Əliyevin
dil siyasəti və Ana dilinin müasir problemləri”, Qərbi Azərbaycana Qayıdış
Konsepsiyasının hazırlanması göstərişinə əsasən “Qərbi Azərbaycan toponimləri”
mövzusunda respublika elmi konfransı keçirilmişdir.
2023-cü il ərzində tətbiq olunmuş ən mühüm elmi nəticələr sırasında
Nadir Məmmədlinin “İşgüzar və akademik Kommunikasiyada nitqə verilən
tələblər və funksional”, Əbdürrəhim Ərdəbilli Şirvani “Məzhər-üt-türki”
(tərtibçi Nadir Məmmədli) və Sayalı Sadıqovanın “Azərbaycan
terminoqrafiyasının konseptual əsasları” kitabları layiq görülüb.
İclasda, həmçinin institutda keçirilmiş sessiyalar, seminarlar, yubileylər ,
beynəlxalq görüşlər və yeni nəşrlər haqqında məlumatlar da diqqətə çatdırılıb.
İclasda çıxış edən akademik Nizami Cəfərov institutun illik hesabatını
yüksək qiymətləndirib. Vurğulayıb ki, ümummili lider Heydər Əliyevin 100 illik yubileyilə bağlı institut əməkdaşlarının kitabları, məqalələri çap olunub. Dilçilik
İnstitutunun ictimai, siyasi vəzifələri yaxşı yerinə yetirilib. Qərbi Azərbaycan
toponimləri və dialektlərilə bağlı qiymətli işlər görülüb. Nizami Cəfərov
vurğulayıb ki, türk dillərinin müqayisəli qrammatikası, lüğətlərinin yazılması da
vacib məsələdir.
Tədbirdə professorlar Sayalı Sadıqova, Sevil Mehdiyeva, İsmayıl
Kazımov, dosentlər Baba Məhərrəmli, Təranə Şükürlü, Elçin İsmayılov hesabatla
bağlı fikirlərini bildiriblər.
Şrifti böyüt:
Çap et