27 noyabrda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın iclası
keçirilib. İclasda şöbələrin 2023-cü ildə gördüyü işlərin hesabatı dinlənilib.
İnstitutun baş direktoru professor Nadir Məmmədli şura üzvlərini salamladıqdan sonra
onları iclasın gündəliyi ilə tanış edib.
Sonra institutun elmi katibi filologiya elmləri doktoru Aynel Məşədiyeva bildirib ki, l il
ərzində institut əməkdaşları bir istiqamət, 14 problem, 20 mövzu, 100 iş üzərində
tədqiqat aparmışdır.
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23
may və 2013-cü il 9 aprel tarixli sərəncamların yerinə yetirilməsi vəziyyəti şöbə
müdirlərinin təqdimatında dinlənilib.
Sonra institutun Təhsil, İctimaiyyətlə əlaqələr şöbələrinin, Dissertasiya
şurasının və Gənc Alimlər və Mütəxəssislər Şurasının, Həmkarlar Təşkilatının illik
hesabatları dinlənilib.
Məruzələr ətrafında suallar cavablandırılıb və hesabatlar qənaətbəxş hesab
olunub.
Sonda elmi katib filologiya elmləri doktoru Aynel Məşədiyeva cari məslələri diqqətə
çatdırıb.
Şrifti böyüt:
Çap et