UNESCO çərçivəsində 2024-2025-ci illərdə türk ləhcələrinin toplusu olan Mahmud Kaşğarinin "Divanü lügat-it türk" əsərinin 950 illik yubileyi qeyd olunacaq

Şrifti böyüt:
Çap et

86 il sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru prof.Nadir Məmmədli tərəfindən Türk dünyasının ilk mütəşəkkil lüğətinin, etnik kodunun, Türkün ilk dəfə sərhədlərinin əks olunduğu Mahmud Kaşğarinin "Divanü lügat-it türk" əsərinin Xalid Səid Xocayevə məxsus latın qrafikasında ilk tərcüməsi artıq dünya diqqəti mərkəzindədir. Belə ki UNESCO çərçivəsində 2024-2025-ci illərdə türk ləhcələrinin toplusu olan Mahmud Kaşğarinin "Divanü lügat-it türk" əsərinin 950 illik yubileyi qeyd olunacaq. Təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası, mədəniyyəti, dili, tarixi, etnoqrafiyası üçün olduqca mühüm olan bu hadisə və əsərin UNESCO-nun Mədəni İrs layihəsi çərçivəsində təbliğində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyaya minnətdarlığımızı bildiririk.