1 noyabrda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin AMEA
Nəsimi adına Dilçilik İnstitutunda partiya fəalları ilə görüşü olub.
İclası giriş sözü ilə açan institutun baş direktoru professor Nadir Məmmədli
bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP Azərbaycan
dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol
oynayıb. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və
xarici siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd
olunub ki, Ali Baş Komandanın rəhbərliyi ilə qısa zaman ərzində işğaldan azad
olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası
uğurla davam etdirilir.
Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA Nəsimi
adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, YAP
Yasamal rayon təşkilatının əməkdaşları və ərazi üzrə partiya fəalları iştirak edib.
YAP-nın Dilçilik İnstitutu üzrə sədri professor Sayalı Sadıqova çıxışında bildirib
ki, bu gün bütün sahələr üzrə əldə olunan uğurların əsasını ölkə Prezidenti Cənab
İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası
təşkil edir. Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin
bütün istiqamətlərdə inkişafının və tərəqqisinin əsasını təşkil edir. Ümumiyyətlə bu
günün reallıqları ondan ibarətdir ki, Azərbaycan müstəqil bir dövlət kimi regionda
və bölgədə etbarlı strateji tərəfdaşdır. Eyni zamanda ölkəmiz bütün dövlətlərlə
əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu həyata
keçirir.
Görüşdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev
bildirib ki, Prezident , Partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni
Azərbaycan Partiyasının (YAP) martın 5-də keçirilən VII qurultayı istər partiyanın,
istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə
kimi yadda qaldı. ötən müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçən Yeni
Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi bir sıra zəruri amillərlə əlaqədardır. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan
Partiyasının qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin YAP-ı yaradarkən
qarşıya qoyduğu məqsəd və vəzifələr, demək olar ki, bütünlüklə artıq yerinə
yetirilib. Bunlar ölkəmizdə ictimai-siyasi sabitliyin bərpa olunması,
dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızı beynəlxalq
münasibətlər sistemində müdafiə edə bilən xarici siyasət strategiyasının
formalaşdırılması, milli rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılması, müstəqil
siyasətin həyata keçirilməsi və ən əsası, ərazi bütövlüyümüzün bərpa olunması ilə
bağlı olan prinsiplər idi. Yeni Azərbaycan Partiyasının VII qurultayının
əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP daxili struktur
etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da
gücləndi. Eyni zamanda, partiyamız ölkənin gələcəyi baxımdan yeni prioritet
məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi ölkənin
perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi. Azərbaycan
Respublikasının Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə
44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfər, lokal xarakterli antiterror
əməliyatının tam dəqiqliklə həyata keçirilməsi və cari ilin oktyabr ayında
Xankəndidə, digər ərazilərimizdə üçrəngli dövlət bayrağımızın ucaldılması
Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb
və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycan
möhtəşəm qələbələr qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün tam
bərpasına nail oldu.
Tədbirdə çıxış edən partiya fəalları- Tətbiqi dilçilik şöbəsinin müdiri professor
İsmayıl Məmmədli, Dilçilik İnstitutunun icraçı direktoru dosent Baba Məhərrəmli,
filologiya elmləri doktoru Şəbnəm Həsənli Qəribova , mətbuat xidmətinin rəhbəri
dosent Təranə Şükürlü, Təhsul şöbəsinin müdiri dosent Rasim Heydərov , dosent
Qətibə Quliyeva vurğulayıblar ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş
Komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti, sərkərdəlik məharətinin
nəticəsində ardıcıl qazanılmış tarixi Zəfərlər çoxəsrlik Azərbaycan tarixinin nadir
və təkrarsız hadisəsidir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda
qazanılmış Zəfərlə ölkəmizin ərazi bütövlüyü təmin edilmişdir. Hazırda Prezident
cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməkdə davam etdirilən
işğaldan azad edilmiş torpaqlarımıza Böyük qayıdış hərəkatı Qarabağda dağıdılmış
kəndlərin və şəhərlərin bərpa edilməsi və yenidən qurulması ilə bərabər, həm də
bütövlükdə müstəqil Azərbaycanın daha güclü və parlaq gələcəyini də aydın
şəkildə təsəvvür etməyə imkan verir.
Şrifti böyüt:
Çap et