Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, UNESCO-nun
Fransada fəaliyyət göstərən Gənclər platformasının Azərbaycan təmsilçisi Vəfa Abdullayeva-Nabiyeva 16-
20 oktyabr BMT-nin Roma İqamətgahı FAO-da keçirilmiş elm, təhsil, innovasiya, iqlim dəyişikliyi, qida
təhlükəsizliyi kimi məsələlərə həsr olunmuş hibrid forumda Azərbaycan dilinin Qarabağ və Şərqi
Zəngəzur dialektoloji atlasını İrlandiyanın prezidenti cənab Maykl Deniyel Hiqqinsə təqdim edib. Cənab
prezident atlasin nəfis tərtibatını yüksək qiymətləndirərək, bu işdə çox böyük zəhmətin olduğunu
vurğulayıb.
Qeyd etmək istərdik ki, Dialektoloji atlasın məsul redaktoru Dilçilik İnstitutunun Baş direktoru, professor
Nadir Məmmədli, dialektoloji atlas qrupunun rəhbəri dosent Kifayət İmamquliyeva, rəyçisi dosent Baba
Məhərrəmlidir. Redaksiya heyətində akademiklər İsa Həbibbəyli, Möhsün Nağısoylu, Teymur Kərimli,
Nizami Cəfərov, professorlar Nadir Məmmədli, Qəzənfər Kazımov və Kərim Şükürov təmsil olunublar.
2015-2022-ci illərdə hazırlanmış atlasın ön sözünün və fonetika bölməsinin müəllifi fil.ü.f.d., dos.Kifayət
İmamquliyeva, morfologiya hissəsində isim bölməsinin müəllifi fil.e.d., prof.Məhərrəm Məmmədli,
morfologiyada sifət, say, əvəzlik, zərf bölməsinin müəllifi fil.ü.f.d., dos.Kübra Quliyeva, morfologiyada
feil, köməkçi nitq hissələrinin müəllifi fil.ü.f.d., dos.Qüdsiyyə Qəmbərova, sintaksis bölməsinin müəllifi
fil.ü.f.d.Səkinə Şərifova, leksika bölməsinin müəllifi fil.ü.f.d., dos.Güntəkin Binnətovadır.
Atlasın türk dili üzrə tərcüməçisi dosent Kübra Quliyeva, rus və ingilis dilləri üzrə tərcüməçisi dosent Gülşən Axundovadır. Xəritələrin texniki tərtibatçısı Coğrafi İnformasiya Sistemləri (CİS) üzrə mütəxəssis Elvin Əmrahovdur.
Şrifti böyüt:
Çap et