AMEA Nəsimi adına Dilçilik İnstitutunun bir qrup əməkdaşı- İnstitutun icraçı direktoru, fil.ü.f.d. dosent Baba Məhərrəmli, “Türk dilləri” şöbəsinin baş elmi işçisi, fil.e.d. Şəbnəm Həsənli- Qəribova, fil.ü.f.d, dosent Sevinc Məmmədova 19- 21 oktyabr tarixlərində Türkiyənin Sakarya şəhərində keçirilən “XV. Dünya dili Türkçe” Simpoziumunda iştirak etmişlər. Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş simpoziumun İstiqlal savaşının aparıldığı və Türk xalqının istiqlal zəfərini yaşadığı Sakaryada keçirilməsi heç də təsadüf deyil. 16 ölkədən 350- dən arrtıq türkoloqun iştirak etdiyi tədbirdə fil.ü.f.d, dos. Baba Məhərrəmli “ Türk dillərində etimologiya problemləri”, fil.e.d. Şəbnəm Həsənli- Qəribova “Qumuq türkcəsinin etnoqrafik leksikası”, fil.ü.f.d, dos. Sevinc Məmmədova “ Media mətnlərində başlıqların özəllikləri” adlı məruzələrlə çıxış etmişlər. Müxtəlif mövzulara həsr olunmuş məruzələr simpozium iştirakçıları tərəfindən maraqla qarşılanmış, mövzular ətrafında diskussiyalar aparılmışdır.
Şrifti böyüt:
Çap et