17-20 oktyabrda Qazaxıstanın Türkistan şəhərində Xoca Əhməd Yəsəvi adına Türk-
Qazax Universiteti Türkologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən iki ildə bir dəfə təşkil edilən
X Beynəlxalq Türkologiya Konqresi keçirilib. Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi
şərəfinə təşkil olunan X Beynəlxalq Türkologiya Konqresi “Müasir Türkologiya: əsas
paradiqmalar və disiplinlərarasılıq” mövzusuna həsr olunub.
Konqesdə Türkiyədən, Axərbaycandan, Özbəkistan, Qırğızıstandan və sair
ölkələrdən alimlər iştirk edib. Konfrans Türkiyə Cümhuriyyətinin 100 illik
yubuileyinə həsr olunub.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri professor
İsmayıl Kazımov “Türkcələrin morfosintaksisi” mövzusunda məruzə ilə çıxış
edib.
İsmayıl Kazımov ilk dəfə olaraq müasir türk dillərinin morfosintaksisinin
yaradılması təklifini irəli sürüb.
Şrifti böyüt:
Çap et