“Xatirə Kitabı: 44 gün – Tarixi Zəfər” kitabı Dilçilik İnstitutuna təqdim edilib.

Şrifti böyüt:
Çap et

Mədəniyyət Nazirliyi, Xatirə Kitabı Redaksiyası və Milli Kitabxananın birgə təşkilatçılığı ilə yeni çap olunan “Xatirə Kitabı: 44 gün – Tarixi Zəfər” kitabı Dilçilik İnstitutuna təqdim edilib.

“Xatirə Kitabı: 44 gün – Tarixi Zəfər” kitabının 3 cilddə nəşri planlaşdırılır. Hazırda ilk cildi nəşrdən çıxan kitaba 1200-ə yaxın şəhidin adı, soyadı, onlar haqqında məlumatlar daxil edilib.