Şrifti böyüt:
Çap et
Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Aynur Saydova 2-8 sentyabr tarixlərində Gənclər və İdman Nazirliyi və AMEA Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən Tovuz şəhərində təşkil olunan "Gənc alimlər" düşərgəsində iştirak etmişdir. Düşərgədə müxtəlif mövzularda təlimlər keçirilmiş, müzakirələr aparılmış, idman yarışları, intellektual oyunlar, əyləncəli proqramlar təşkil olunmuşdur. Gənc tədqiqatçımız özü də "Dünyada dialektoloji atlas təcrübəsi və Azərbaycan dialektoloji atlasları" adlı mövzu ilə təlimçi olaraq çıxış etmişdir.