“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamının icrası ilə bağlı şəhər və rayon icra hakimiyyətləri tərəfindən keçiriləcək tədbirlərin təqvim planına uyğun olaraq 31 avqust 2023-cü il tarixdə Zəngilan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirildi.
Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, idarə-müəssisə rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, məktəb direktorları və rayon ağsaqqalları iştirak etmişdir.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbir Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənovun mövzu ilə bağlı giriş nitqi söyləməsi ilə açıq elan edilmişdir.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun icraçı direktoru, filоlоgiyа еlmləri üzrə fəlsəfə doktoru, dosent, eyni zamanda “Türk dil Qurumu”nun müxbir üzvü Baba Məhərrəmli geniş məruzə ilə çıxış etmişdir.
Daha sonra Rayon Ağsaqallar şurasının sədri Xuduş İsgəndərov, Zəngilan Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş Şöbəsi Müdiri vəzifəsini müvəqqəti icra edən Elmar Quliyev, Zəngilan rayon 15 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Nübar Quliyeva mövzu ətrafında çıxış etmişdilər.
Şrifti böyüt:
Çap et