Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı ABŞ Dövlət Departamentinin Səkkizinci İllik Qlobal Tədris Dialoqunda iştirak edib

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi fil.ü.f.d., dos. Vəfa Abdullayeva-Nəbiyeva 18-19 iyul 2023-cü ildə ABŞ Dövlət Departamentinin təşkilatçılığı ilə müəllim, pedaqoq və qlobal təhsil ekspertlərinin Səkkizinci İllik Qlobal Tədris Dialoqunda iştirak edib. Dialoqda təhsil və tədris prosesinin qloballaşması, virtual təhsil mübadilələrinin həyata keçirilməsi, təhsil strategiyalarının öyrənilməsi və paylaşılması üçün ən yaxşı təcrübələr paylaşılıb. Tədbir çərçivəsində ABŞ Dövlət Departamentinin rəsmiləri çıxış etmiş, təhsil üzrə qlobal səriştə və qabaqcıl beynəlxalq təcrübələrin inteqrasiyasına dair müxtəlif seminarlar keçirilmişdir.

Virtual tədbirin iştirakçıları ABŞ Dövlət Departamentinin müəllim və gənclər üçün mübadilə proqramları, Amerika Diplomatiyası Milli Muzeyinin resursları və qlobal tədris strategiyaları haqqında məlumatlar əldə etdilər.