1 Avqust “Azərbaycan əlifbası və Azərbaycan dili günü” münasibətilə “Heydər
Əliyev və Azərbaycan dili” mövzusunda tanınmış ziyalıların iştirakı ilə dəyirmi
masa keçirilib.
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Abşeron Rayon İcra
Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə baş tutan görüşdə əvvəlcə Ulu Öndər
Heydər Əliyevin və şəhdilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə Abşeron RİH başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron
rayon təşkilatının sədri Abbas Əliyev, AMEA-nın Dilçilik İnstitutunun direktor
müavini Baba Məhərrəmli, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi,
Ədəbiyyat qəzetinin şöbə redaktoru Sərvaz Hüseynoğlu, tanınmış ziyalılar,
eləcə də rayonun təhsil və mədəniyyət işçiləri iştirak ediblər.
Azərbaycan dilinin xalqımızın milli varlığını müəyyən edən başlıca amillərdən
biri olduğunu diqqətə çatdıran G.Rəhimova ana dilimizin hüquqi bazasının
yaradılmasında, inkişafında və dünya dilləri arasında öz layiqli yerini
tutmasında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulayıb,
hazırda bu siyasi xəttin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini, dilimizin qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə
çatdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.
Sonra tədbirdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, AMEA-nın
Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli, Azərbaycan Yazıçılar
Birliyinin katibi İlqar Fəhmi, Ədəbiyyat qəzetinin şöbə redaktoru Sərvaz
Hüseynoğlu və Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru Təyyubə
Hüseynova çıxış edərək bildiriblər ki, ana dilimiz xalqımızın keçdiyi bütün
tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlərdir ki,
xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan,
min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış
ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn,
gerb, bayraq kimi müqəddəsdir. Azərbaycan dilinin ölkənin dövlət dili elan
edilməsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çox böyük
xidmətləri olub. Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə
çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər
tribunalarından eşidilməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası
qoyulan dil siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev də bu siyasəti uğurla
davam etdirir.
Dəyirmi masa mövzu ətrafında müzakirələrlə yekunlaşıb.
Şrifti böyüt:
Çap et