İmanyar Quliyev “YÜKSƏLİŞ” müsabiqəsinin yarımfinalında iştirak etmişdir.

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi “YÜKSƏLİŞ” müsabiqəsinin yarımfinalında iştirak etmişdir.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk Dilləri şöbəsinin elmi işçisi, fil.ü.f.d. İmanyar Quliyev “YÜKSƏLİŞ” – istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə müsabiqənin 3 mərhələsini uğurla keçmiş və 30 iyun-02 iyul tarixlərində keçirilən yarımfinal mərhələsində iştirak etmişdir.

Qeyd edək ki, fevralın 17-dən qeydiyyatına start verilən III “Yüksəliş” müsabiqəsinə 13 min 474 iştirakçı müraciət edib. 343 nəfər yarımfinal mərhələsində işirak emək hüququ qazanıb.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Müsabiqə Bakı Ekspo Mərkəzində baş tutub.