22 iyun 2023-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Əsas
binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş
“Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda respublika
konfransının açılışı baş tutmuşdur. 4 gün davam edəcək konfrans Azərbaycan Milli
Elmlər Akademiyası, AMEA-nın Gəncə Bölməsi və AMEA-nın Gənc Alim və
Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilir.
Açılışıda sözə başlayan AMEA prezidenti, akademik İsa Həbibbəyli öz
çıxışı əsnasında həm də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının
fəaliyyətinə toxunmuş, şuranın xətti ilə gənclərin xarici elm mərkəzlərinə təcrübə
keçməyə göndərildiklərini, “Gənc tədqiqatçı” jurnalının dövriliyinin il ərzində 4-ə
yüksəldildiyini (bir buraxışı ingiliscə olmaqla) diqqətə çatdırıb, konfransın işinə
uğurlar arzulayıb.
Daha sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya
üzrə fəlsəfə doktoru Elmir Babayev “Ulu Öndər Heydər Əliyevin gənclər
siyasətinin konseptual əsasları və hədəfləri” mövzusunda məruzə ilə çıxış etmiş və
bildirmişdir ki, müasir dövrdə gənc nəslin potensial imkanlarının açılması, təzahür
etməsi, ictimai önəminin ifadəsi və ümumiyyətlə gənclərin bir şəxsiyyət kimi
formalaşmasında elmin və təhsilin yeri böyükdür.
Açılışın yekununda bir sıra institutların Gənc Alim və Mütəxəssislər
şuralarının sədrlərinə, o cümlədən Dilçilik İnstitutu GAMŞ sədri fil.ü.f.d., dos.
Günel Orucovaya gənclərlə iş üzrə fəaliyyətinə və konfransın təşkili məsələlərində
xidmətlərinə görə təşəkkürnamə təqdim olunmuşdur. Qeyd edək ki, konfransın
açılış tədbirində Dilçilik İnstitutunun “Hind-Avropa şöbəsi”nin böyük elmi işçiləri
Bəturə Əliyeva və Sevinc Şükürlü, “Azərbaycan dialektologiyası” şöbəsinin elmi
işçisi Aynur Saydova, “Kompüter dilçiliyi” şöbəsinin böyük elmi işçisi Maya
Heydərova və baş laborantı Lalə Muradova, “Toponimika” şöbəsinin operatoru
Aysel Mövlamova və kiçik elmi işçisi Ayşən İsmayıllı iştirak etmiş, “Kompüter
dilçiliyi” şöbəsinin elmi işçisi Vəlizadə Nigar və “Türk dilləri” şöbəsinin elmi
işçisi Arzu İsgəndərzadə isə təşkilati məsələlərdə aktiv fəaliyyətlərinə görə
təşəkkürnamə almışlar.
Açılışın ardından konfransın məruzələri ayrıca plenar bölmələrdə təqdim
olunmuş, humanitar bölmədə Günel Orucovanın sədrliyi ilə 26 məruzə
dinlənilmişdir. Bu iclasda həm də Dilçilik İnstitutunun “Kompüter dilçiliyi”
şöbəsinin böyük elmi işçisi Mahmudova Rəna “Nitq, kommunikasiya prosesində
mədəniyyətimizin və şüurun tərkib hissəsidir” adlı məruzə ilə çıxış etmiş və
təşəkkürnamə almışdır.
Şrifti böyüt:
Çap et