12 iyunda Qırğızıstan Türkiyə Manas Universitetinin Ədəbiyyat Fakültəsinin
Filologiya kafedrasının müdiri professor Burul Saqınbayeva, Qırğız Milli Yazarlar
Birliyinin üzvü, şair, tərcüməçi Altınbəy İsmayılov AMEA Nəsimi adına Dilçilik
İnstitutunda görüşdə olublar.
Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli bildirib ki, hər iki
xalq arasındakı münasibətlər minillik tarixi, etnomədəni əsaslara malikdir.
Görüşdə Qırğızıstan elm ocaqları, akademiyası, universitetləri ilə geniş
əlaqələrdən, Azərbaycan–qırğız dilinə dair tədqiqatlardan , əlifba məsələsindən
danışıb.
Görüşdə Azərbaycanla Qırğızıstan arasında elmi əlaqələrin genişləndirilməsi,
Manas Universiteti ilə əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.
Tədbirdə Ədəbiyyat İnstitutunun professoru Almaz Binnətova,Təhsil
İnstitutunun böyük elmi məsləhətçisi dosent Asif Hacıyev, İctimaiyyətlə
əlaqələr şöbəsinin aparıcı elmi işçisi dosent Təranə Şükürlü görüşün elmi
əlaqələrin genişlənməsinə böyük təkan verəcəyini vurğulayıblar.
Şrifti böyüt:
Çap et