Şrifti böyüt:
Çap et
31 mayda Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik
İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoktorantlar üçün ixtisas
imtahanı keçirilib.
Azərbaycan dili, Türk dilləri və dil nəzəriyyəsi ixtisasları üzrə komissiya
üzvləri imtahan prosesini izləyib. Komissiyanın sədri, elmi müəssisənin baş
direktoru professor Nadir Məmmədli gənclərə uğurlar diləyib.
Beş nəfər iddiaçı Azərbaycan dili, türk dilləri və dil nəzəriyyəsi ixtisasları
üzrə təqdim olunan sualları verilən vaxt ərzində həll ediblər. İddiaçiların
imtahan nəticələri komissiya üzvləri tərəfindən “əla” qiymətləndirilib.