Dilçilik İnstitutunda “XƏZƏR TÜRKLƏRİ” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək.

Şrifti böyüt:
Çap et

2023-cü ilin dekabrın 8-9-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “XƏZƏR TÜRKLƏRİ” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransın işi aşağıdakı bölmələr üzrə məqalə qəbul edir.
- Tarixşünaslıqda və türkologiyada xəzər türklərinin yeri və rolu;
- Xəzər türklərini öyrənən tədqiqatlar və tədqiqatçılar;
- Xəzərlər ən qədim türk etnosu kimi;
- Xəzərlər sabir türklərinin varisi kimi;
-Xəzər və Yəhudi əlaqələri;
- Xəzər dili “ölü” türk dillərindən biri kimi;
- Xəzər tayfa dilləri arasında tarixi-mədəni əlaqələr;
- Xəzər dillərinin ayrılmasından sonrakı tarixi-mədəni əlaqələr;
- Qədim xəzər dilinin törəmələri: Karaim dili. Bulqar dili. Avar dili. Çuvaş dili
- Xəzərlərin etnik dili. Azərbaycan xalqının etnik təşəkkülündə xəzər türklərinin rolu. Çuvaş, avar və s. türk dillərində Xəzər dilinin ortaq qalıqları;
Xəzər dilinin damğaları (əlifbası);
- Xəzər dilində mövcud mətnlər. Xəzər mətnlərinin Orxon-Yenisey mətnləri ilə ümumi cəhətləri;
-Xəzər dilində “məktub” mətnlər;
- “Xəzər” etnonimi. Xəzər adının Qafqaz toponimlərinin formalaşmasında izləri;
- Xəzərlər Gürcü mənbələrində və toponimlərində
-Xəzərlərə məxsus tayfa adları və bu adlar əsasında yaranmış etnotoponimlər;
- Xəzər dilinin leksikası;
- “Xəzər” etnonimi türk folklorunda.

Mövzular üzrə məqalələr Azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur.

Məqalə müəlliflərinin nəzərinə:
-Mətnin həcmi 5 səhifədən artıq olmamalıdır. Məqalələr A4 formatda, hər tərəfdən 2 sm., 1 interval ilə A4 formatda, 12 ölçüdə, Times New Roman şrifti ilə yazılmalıdır.
- Ədəbiyyat siyahısı əlifba üzrə sıralanmalıdır. İistinadlar kvadrat mötərizədə, sıra nömrəsi və səhifə [ ] göstərilərək yazılmalıdır.

Konfransda iştirak etmək üçün məqalələr 15.11.2023-cü il tarixinə qədər khazarturklerikonfrans@gmail.com elektron ünvanına göndərilməlidir.