Gülnara Cəfərovanın “Maşın tərcüməsində semantik təhlil” adlı ilk monoqrafiyası çap olunub.

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 17 aprel 2023-cü il tarixli qərarı (protokol №3) ilə f.ü.f.d. Gülnara Cəfərovanın “Maşın tərcüməsində semantik təhlil” adlı ilk monoqrafiyası çap olunub.

Kitabın elmi redaktoru f.e.d. Kamilə Vəliyeva, rəyçiləri professorlar f.e.d. Fikrət Cahangirov, t.e.d. Bayram İbrahimov, f.e.d. Aygün Məmmədovadır.

Monoqrafiya tətbiqi dilçilik sahəsində indiyə qədər tədqiqata cəlb olunmayan maraqlı sahələrdən birinə həsr olunmuşdur. Dilçiliyin qollarından biri olan nəzəri dilçilik sahəsində müxtəlif alim və tədqiqatçılar maşın tərcüməsinə müxtəlifyönlü yanaşmalar aparmışlar. Lakin maşın tərcüməsində semantik təhlil məsələsi ətraflı şəkildə araşdırılmamışdır. Monoqrafiya məhz bu istiqamətdə tədqiqata cəlb olunmuşdur.

Əsər maşın təcüməsində sözlərin, söz birləşmələrinin, cümlələrin elmi-texniki mətnlər əsasında semantik təhlilinin araşdırılmasına və tətbiqinə istiqamətlənmişdir.