“Mətn dilçiliyi problemləri” kitabı çap olunub

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitunun Müasir Azərbaycan dili şöbəsinin hazırladığı “Mətn dilçiliyi problemləri” kitabı nəşr olunub. Kitabın tərtibçiləri professorlar Nadir Məmmədli, Qəzənfər Kazımov, İsmayıl Kazımov, filologiya elmləri doktoru Nərgiz Hacıyeva, dosentlər Təhminə İsmayılova, Aytəkin Ələkbərovadır.

Kitabda nitqdə mətnlərin məntiqi- semantik bütövlüyü, mətn sintaksisi: mətn və onun daxili vahidləri, mətn və yeni informasiya, sosial şəbəkə mətnləri, mətndə intonasiyanın rolu, pauzanın üslubi xüsusiyyətləri, publisistik mətnlərin funksional xarakteristikası, mətnin kateqoriyaları araşdırlıb.