Ingilis strukturalizmi müstəqil dilçilik məktəbi kimi

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutu Hind-Avropa dilləri şöbəsinin müdiri professor İlham Tahirovun “İngilis strukturalizmi müstəqil dilçilik məktəbi kimi” kitabı çap olunub.

Kitabın redaktoru professor Nadir Məmmədli, rəyçilər professor Məsud Mahmudov, dosentlər Baba Məhərrəmli, Gülşən Axundovadır.

Kitabda Britaniyada ilk ümumi dilçilik professoru Con Rupert Försün dilçilik görüşləri, məktəbin əsas simaları və onların fəaliyyət məsələləri araşdırlmışdır.

Kitabda ingilis strukturalizminin tədqiq tarixi, ingilis strukturalizmi linqvistik strukturalizmin müstəqil istiqaməti kimi, ingilis strukturalizmi linqvistik ideyaları , ingilis strukturalizmi semantik ideyalarının müasir dilçilikdə inkişafı məsələləri tədqiq olunub.