AMEA Nəsimi adına Dilçilik İnstitutunda Mirzə Ələkbər Sabirin 160 illik
yubileyinə həsr olunan “Mirzə Ələkbər Sabir poeziyasında Azərbaycan dilinin
leksikası” mövzusunda Elmi sessiya keçirilib.
İclası giriş sözü ilə açan Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru
filologiya elmləri doktoru, professor Nadir Məmmədli tədbirdə Azərbaycan
Mirzə Ələkbər Sabirin yaradıcılığından onun xatirəsinə göstərilən dövlət
qayğısından, şairə xalq məhəbbətindən söhbət açıb.
Professor bildirib ki, M.Ə.Sabir 1862-ci il mayın 30-da Azərbaycanın qədim
mədəniyyət mərkəzlərindən olan Şamaxıda dünyaya göz açmış və cəmisi
49 il omür sürmüşdür. O, bütün müsəlman dünyasının ən böyük satirik
şairlərindən biri olmaqla o, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin
banisi, görkəmli maarifpərvər bir ziyalı idi. Azərbaycan ədəbi dilinin
inkişafında, onun ümumxalq danışıq dili xüsusiyyətləri əsasında
zənginləşdirilməsində Sabir yaradıcılığı xüsusi əhəmiyyət kəsb edir. Dahi
mütəfəkkir çoxəsrlik milli poeziyamızın parlaq ənənələrini layiqincə
yaşatmış, həm də ədəbiyyatımızı kefiyyətcə yeni mərhələyə yüksəltmiş, onu
ictimai məfkurə baxımından zənginləşdirmişdir. Şairin yaradıcılığında
mövhumatla, cəhalətlə, nadanlıqla elm, maarif məsələləri qaranlıqla işıq,
zülmətlə nur kimi qarşılaşdırılır.
Nadir Məmmədli vurğulayıb ki, M.Ə.Sabir poeziyamızın dil imkanlarını
genişləndirmiş, həm də fərqli dil-üslub xüsusiyyəti yaratmışdır. Onun “Elm
təhsili”, “Oğlum” və sair şeirlərində cahilliyi, nadanlığı yayanlar xalqın
düşməni kimi təqdim olunur.
İclasda filologiya üzrə fəlsəfə doktoru, dosentlər Elçin İsmayılov “Sabir
şeirinin lirizmi”, Gülbəniz Babayeva “Sabir satiralarının dil və üslub
xüsusiyyətləri”, Zamiq Təhməzov “Sabir satiralarında psixologizmlər” adlı
məruzələrlə çıxış ediblər.
Bildirib ki, Mirzə Ələkbər Sabir dilimizin keşiyində dayanan, onun
imkanlarından, üslubi çalarlarından yerli-yerində və böyük sənətkarlıqla
bəhrələnən sənətkarlarımızdandır.
Sabir satiralarının dili və üslubu canlı xalq danışıq tərzinə çox yaxındır.
İclasda çıxış edən professor İsmayıl Məmmədli, institutun icraçı direktoru
dosent Baba Məhərrəmli qeyd edib ki, çıxışlarında vurğulayıb ki, satirik şairin
yüksək istedadla yaratdığı əsərlərin başlıca qayəsini mənəvi saflığa,
mədəni yüksəlişə və maariflənməyə çağırış təşkil edir. Ədibin bu gün də
sevilə-sevilə oxunan, dillər əzbəri olan “Oxutmuram, əl çəkin” , “Xandostu,
amandı qoyma gəldi” , “Əkinçi” və yüzlərlə bu kimi satirik şeirləri cəhalətdən
qurtulmağa bir çağırış idi.
Şrifti böyüt:
Çap et