Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə
2024-cü il respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Aprelin 6-da AMEA Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və
Mütəxəssislər Şurasının sədri Arzu İsgəndərzadə il ərzində həyata keçiriləcək
Tədbirlər Planına uyğun olaraq Kiçik Akademiyalarda yaşıllaşdırma siyasətinin
təbliği məqsədilə Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseyin 3G sinif
rəhbəri Həqiqət Əsgərova və sinif kollektivi ilə birgə təşkil edilən aksiyada iştirak
edib.
Aksiya zamanı ətraf mühitin yaşıllaşdırılması istiqamətində “Hərəyə bir ağac
əkək” devizi ilə məktəbyanı sahədə fidan və gül kolları əkən məktəblilər, eyni
zamanda ekoloji tarazlığın bərpası, təbiətə qayğı, ətraf mühitin mühafizəsi
istiqamətində maarifləndilər.
Şrifti böyüt:
Çap et