AMEA-nın Dilçilik İnstitutunun nəşr etdirdiyi elmi-kütləvi ədəbiyyat
nümunələrindən 230 nüsxə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba
filialının kitabxanasına təqdim edilib.
ADPU-nun Quba filialı tələbələrin biliklərinin artırılması və onların intellektual
səviyyələrinin yüksəldilməsi məqsədilə daim müxtəlif layihələr həyata keçirir.
Belə uğurlu addımlardan biri də filailın kitabxanasının zənginləşdirilməsidir. Son 5
il ərzində Quba filialının kitabxana fondu 17 min nüsxədən 21 min nüsxəyə qədər
artmışdır.
13 fevralda AMEA-nın Dilçilik İnstitutunun nəşr etdirdiyi dilçilik elminin
müxtəlif sahələrinə aid kitablardan 230 nüsxə Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Quba filialına hədiyyə edilmişdir.
ADPU Quba filialının rektoru fizika elmləri doktoru Yusif Alıyev belə nəcib işi
yüksək dəyərləndirib. Rektor Dilçilik İnstitutunun baş direktoru professor Nadir
Məmmədliyə öz təşəkkürünü bildirib.
Şrifti böyüt:
Çap et