Yaşıl dünya naminə həmrəylik ili: yaşıllaşdırma aksiyası keçirilib

Şrifti böyüt:
Çap et

Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Aprelin 6-da AMEA Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Arzu İsgəndərzadə il ərzində həyata keçiriləcək Tədbirlər Planına uyğun olaraq Kiçik Akademiyalarda yaşıllaşdırma siyasətinin təbliği məqsədilə Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseyin 3G sinif rəhbəri Həqiqət Əsgərova və sinif kollektivi ilə birgə təşkil edilən aksiyada iştirak edib.

Aksiya zamanı ətraf mühitin yaşıllaşdırılması istiqamətində “Hərəyə bir ağac əkək” devizi ilə məktəbyanı sahədə fidan və gül kolları əkən məktəblilər, eyni zamanda ekoloji tarazlığın bərpası, təbiətə qayğı, ətraf mühitin mühafizəsi istiqamətində maarifləndilər.