Xarici işlər Nazirliyini UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk
akademiyası, Türk mədəniyyəti və irsi fondu, UNESCO üzrə Türkiyə Milli Komissiyası, TİKA və digər
beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində ADA universitetində "Türk dünyasının tarixi və Mədəni
İrsin öyrənilməsi və qorunub saxlanması, UNESCO Nöqteyi nəzərindən" adlı tədbir bu gün də davam edir.
Məlumdur ki, 2024-2025-ci illər Mahmud Kaşğarlının"Divanü lügat-it türk" əsərinin 950 illiyi UNESCO
çərçivəsində Türk mədəni irsinin qorunması yubiley və tədbirlər planına daxil olunub. UNESCO üzrə
Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi, xüsusi tapşırıqlar üzrə səfirı Seymur
Fətəliyevin moderatorluğu ilə baş tutan paneldə Qazaxıstan, Özbəkistan, Türkiyə, Türkmənistan,
Qırğızıstan respublikalarının UNESCO üzrə Milli Komissiyalarının səlahiyyətli nümayəndələri, həmçinin
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxış edərək bu
istiqamətdə görülə biləcək layihə, tədbir və ortaq əməkdaşlıq haqqında təkliflərini irəli sürdülər.
Mahmud Kaşğarlının "Divanü lüğat-it türk" əsərinin Xalid Səid Xocayevə məxsus latın qrafikalı ilk
əlyazmasını və XVIII əsrə aid yeganə, o cümlədən, tək vəsait olan, qeyri-türklərə türk dilini öyrətmək
məqsədilə yazılmış Əbdürrəhim Ərdəbili Şirvaninın "Mazhər-üt türki" əsərini tapıb ictimaiyyətə təqdim
etməklə bütün Türk dünyası və turkologiyaya böyük töhfə verən AMEA Nəsimi adına Dilçilik İnstitutunun
direktoru professor Nadir Məmmədli çıxışında əsərin tarixi, linqvistik əhəmiyyəti, bu əlyazmanın
tapılması, Xalid Səid Xocayevin fəaliyyəti, əlyazmaya edilən redaktələr haqqında geniş məlumat verdi.
Böyük maraq və coşqu ilə qarşılanan nitq sonrası Qırğızıstan, Qazaxıstan, Türkmənistan,Türkiyə və digər
türk xalqları nümayəndələri Nadir müəllimə bu böyük töhfə üçün təşəkkürünü bildirmiş, bu tapıntıların
təbliği və təşviqi istiqamətində tədbirlər planı, yol xəritəsi hazırlanması qənaətinə gəlmişlər.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli:
15 Mart 2024
Şrifti böyüt:
Çap et