Mahmud Kaşğarinin “Divanü lügat-it türk” əsərinin ADA Universitetində sərgisi keçirilib

Şrifti böyüt:
Çap et

Martın 14-də ADA Universitetində bu il 950 illik yubileyi qeyd olunacaq Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin Xalid Səid Xocayevə məxsus latın qrafikalı ilk əlyazması sərgilənib.

Sərgidə, həmçinin XVIII əsrə aid yeganə dərslik olan Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər üt-türki əsəri” əsəri nümayiş olunub.

Hər iki nəşrin tərtibçisi AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədlidir.

Sərgi UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin UNESCO üzrə Milli Komissiyası, eləcə də ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda beynəlxalq konfransa həsr edilib.

UNESCO-nun Elektoral qrupunda ekspert, Dilçilik İnstitutunun dosenti Vəfa Abdullayeva-Nəbiyeva tərəfindən hazırlanmış bu sərgi baş mütəxəssis Aysel Mövlamova tərəfindən təqdim edilib və qonaqlara türk, rus və ingilis dillərində geniş məlumat verilib.