22 fevral Azərbaycan Dillər Universitetində Pakistan səfirliyinin təşkilatçılığı ilə Pakistan Mədəniyyəti
Mərkəzində Xocalı gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycanda Pakistanın fövqəladə və
səlahiyyətli səfiri cənab Bilal Hayeenin açılış nitqi ilə başlamış, Xocalı faciəsi insanlığa və bəşəriyyətə qarşı
törədilmiş ən dəhşətli hadisələrdən biri kimi anılmışdır. Çıxış edən Xocalı sakinləri Ağayev Eldəniz,
Mirzəyeva Xatirə, Kərimova Gülnar, şəhid Qasım Məmmədhəsənovun atası - Bilal Məmməmhəsənov
həmin gündə baş verən hadisələri, ermənilərin törətdikləri vəhşilikləri böyük acı, ürək ağrısı ilə nəql
edirdilər. Tədbirdə millət vəkili Ceyhun Məmmədov, AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor
müavini, tarix elmləri doktoru Eynulla Mədətli, BDU Şərqşünaslıq fakültısinin dekanı dosent Aydan
Xəndan, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Urdu dili mütəxəssisi Rövşən Şirxanlı, Fransada fəaliyyət
göstərən UNESCO-nun Qlobal Gənclər Birliyinin Azərbaycan təmsilçisi, AMEA Nəsimi adına Dilçilik
İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d, dosent Vəfa Abdullayeva-
Nəbiyeva da iştirak etmişlər. Həmçinin tədbirdə tarix elmləri üzrə fəlsəfə doktoru, Bakı Dövlət
Universitetinin müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Rəsul Rza mükafatı
laureatı, yazıçı İradə Əlilinin "Xocalı: Şahidlər danışır" kitabının Urdu dilinə tərcüməsi də ictimaiyyətə
təqdim olunub. Kitabın Urdu dilinə tərcüməsi Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi, Orta Şərq
dilləri və ədəbiyyatı kafedrasının baş müəllimi və dissertantı Amalya Paşayevaya məxsusdur.
Şrifti böyüt:
Çap et