“XƏZƏR TÜRKLƏRİ" adlı beynəlxalq konfransın tarixi uzadılmışdır.

Şrifti böyüt:
Çap et

Konfrans AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda keçiriləcək.

Konfrans aşağıdakı bölmələr üzrə https://www.facebook.com/100091557190471/posts/270133152715256/?app=fblrə məqalə qəbul edir.

- Tarixşünaslıqda və türkologiyada xəzər türklərinin yeri və rolu;

- Xəzər türklərini öyrənən tədqiqatlar və tədqiqatçılar;

- Xəzərlər ən qədim türk etnosu kimi;

- Xəzərlər sabir türklərinin varisi kimi;

-Xəzər və Yəhudi əlaqələri;

- Xəzər dili “ölü” türk dillərindən biri kimi;

- Xəzər tayfa dilləri arasında tarixi-mədəni əlaqələr;

- Xəzər dillərinin ayrılmasından sonrakı tarixi-mədəni əlaqələr;

- Qədim xəzər dilinin törəmələri: Karaim dili. Bulqar dili. Avar dili. Çuvaş dili

- Xəzərlərin etnik dili. Azərbaycan xalqının etnik təşəkkülündə xəzər türklərinin rolu. Çuvaş, avar və s. türk dillərində Xəzər dilinin ortaq qalıqları;

Xəzər dilinin damğaları (əlifbası);

- Xəzər dilində mövcud mətnlər. Xəzər mətnlərinin Orxon-Yenisey mətnləri ilə ümumi cəhətləri;

-Xəzər dilində “məktub” mətnlər;

- “Xəzər” etnonimi. Xəzər adının Qafqaz toponimlərinin formalaşmasında izləri;

- Xəzərlər Gürcü mənbələrində və toponimlərində

-Xəzərlərə məxsus tayfa adları və bu adlar əsasında yaranmış etnotoponimlər;

- Xəzər dilinin leksikası;

- “Xəzər” etnonimi türk folklorunda.

Mövzular üzrə məqalələr Azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur.

Məqalə müəlliflərinin nəzərinə:

-Mətnin həcmi 5 səhifədən artıq olmamalıdır. Məqalələr A4 formatda, hər tərəfdən 2 sm., 1 interval ilə A4 formatda, 12 ölçüdə, Times New Roman şrifti ilə yazılmalıdır.

- Ədəbiyyat siyahısı əlifba üzrə sıralanmalıdır. İistinadlar kvadrat mötərizədə, sıra nömrəsi və səhifə [ ] göstərilərək yazılmalıdır.

Konfransda iştirak etmək üçün məqalələr 1.2.2024-cü il tarixinə qədər khazarturklerikonfrans@gmail.com elektron ünvanına göndərilməlidir.