AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Cəfər Cabbarlının bədii
dilinin izahlı lüğəti” çap olunub.
Lüğətin elmi məsləhətçisi professor Nadir Məmmədli, elmi redaktor və
ön sözün müəllifi professor İsmayıl Məmmədlidir.
Lüğətin rəyçiləri professorlar Məsud Mahmudov, Sayalı Sadıqova,
məsul redaktor dosent Xədicə Heydərovadır.
Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatının ən görkəmli, yenilikçi,
məhsuldar yazıçılarındandır.
Cəfər Cabbarlı dilinin lüğəti AMEA Nəsimi adına Dilçilik İnstitutu
Tətbiqi dilçilik şöbəsinin hazırlanıb.
Tərtibçilər professorlar İsmayıl Məmmədli, Aydın Ələkbərli, filologiya
elmləri doktoru Nəriman Əliyev, filologiya üzrə fəlsəfə doktoru Bəhruz
Abdullayev və aparıcı elmi işçi Nigar Ağayevadır.
Təqdim olunan izahlı lüğət Cəfər Cabbarlının əsərlərinin dilinin lüğət
tərkibini özündə əks etdirir. Burada Cəfər Cabbarlının bədii əsərlərində
istifadə edilmiş bütün lüğəvi vahidlər əhatə edilmişdir.
Lüğətdə 6889 baş söz və 1100 ifadə əks olunmuşdur. Lüğət elm və
sənət adamları , dilçi və ədəbiyyatşünaslarla yanaşı, geniş oxucu kütləsi
üçün nəzərdə tutulmuşdur.
Lüğətə daxil olan sözlərin hər birinin C.Cabbarlının dilində kəsb etdiyi
mənalar doğma dilimizin ifadə imkanlarını daha da genişləndirmək
baxımından dəyərlidir.
Şrifti böyüt:
Çap et