18 noyabrda AMEA Nəsimi adına Dilçilik İnstitutunda böyük Azərbaycan
şairi və drammaturqu Hüseyn Cavidin anadan olmasının 140 illiyi ilə bağlı
“Hüseyn Cavid poeziyasının linqvopoetik xüsusiyyətləri və obrazları” adlı Elmi
sessiya keçirilib.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir
Məmmədli bildirib ki, Elmi sessiya Prezident İlham Əliyevin “Hüseyn Cavidin
140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil edilib.
XX əsrin əvvəllərində ümumbəşəri problemlərini işıqlandıran şair Hüseyn
Cavid tarixi dramları ilə Azərbaycan ədəbiyyatında yeni mərhələ yaratdı.
Hüseyn Cavidin zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının,
dramaturgiyasının inkişafında mühüm rol oynadığını bildirən professor ədibin
böyük bir məktəb yaratdığını, ədəbiyyata, dilimizə ciddi təsir etdiyini
vurğulayıb.
Nadir Məmmədli çıxışında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə
ədibin cənazəsinin Sibirdən Azərbaycana gətirildiyini, Naxçıvanda
məqbərəsinin, Naxçıvanda və Bakıda ev-muzeylərinin açıldığını bildirib.
Filologiya elmləri doktoru, dosent Lütfiyyə Əsgərzadə “ Hüseyn Cavid şeirinin dil
və üslubu”, dosent Şəbnəm Həsənli “Hüseyn Cavid yaradıcılığında qadın obrazı”,
filologiya üzrə fəlsəfə doktoru Kəmalə Ələkbərova “ Hüseyn Cavid və ortaq
türkcə” mövzusunda məruzələrlə çıxış ediblər.
Bildirilib ki, Azərbaycançılıq, Turançılıq və bəşəri dəyərlər ideyaları ilə
yaşayıb-yaratmış Hüseyn Cavid Azərbaycan ədəbiyyatının qızıl fondunda
özünəməxsus yer tutur.Onun şeirlərinin başlıca məzmununu lirik-fəlsəfi
düçüncələr təyin edir. Cavid Turan düçüncəsi ilə Türkcə yazmış, mövzuları
daha çox Türk xalqlarının həyatından almış, qəhrəmanlarını türk ellərinin igid
oğul və qızlarından seçmişdi.
Çıxış edənlər professorlar Sayalı Sadıqova, Mayıl Əskərov, dosentlər Qətibə
Quliyeva, Elçin İsmayılov qeyd ediblər ki, Hüseyn Cavid dövrün tələbləri və
ziddiyyətlərinə qarşı çıxıb, bu günlə deyil, gələcəklə yaşayıb və bunun
nəticəsidir ki, onun “Topal Teymur”, “İblis” və s. əsərləri bu gün də aktuallığını
itirməyib.
Şrifti böyüt:
Çap et