16 noyabrda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın iclası
keçirilib. İclasda elmi müəssisənin 2022-ci ildə elmi-tədqiqat planına əsasən
gördüyü işlər müzakirə olunub.
İnstitutun baş direktoru filologiya elmləri doktoru, professor Nadir
Məmmədli gündəlikdəki məsələlər haqqında şura üzvlərinə məlumat verib. O, cari
ildə aparılan elmi-tədqiqat işlərinin nəticələri, onların elmi və praktiki
əhəmiyyətindən danışıb. İnstitutun gələcək planlarından bəhs edib.
İclasda institutun 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları
müzakirə edilib.
Şöbə müdirləri hesabat ilində keçirilən beynəlxalq və respublika əhəmiyyətli
elmi konfranslar, əməkdaşların iştirak etdiyi beynəlxalq konfranslar haqqında
məlumat verib. Əməkdaşların beynəlxalq indeksli jurnallarda dərc edilən elmi
məqalələri barədə statistik göstəricilər və kitab nəşrləri diqqətə çatdırıb.
İnstitutun nəzdindəki Dissertasiya Şurasının işi dosent Sevinc Məmmədova,
İctimaiyyətlə əlaqələr şöbəsinin illik fəaliyyəti, dosent Təranə Şükürlü, Təhsil
şöbəsinin illik hesabatı dosent Rasim Heydərov və Gənc Alim və Mütəxəssislər
Şurasının elmi –praktik işləri fil.ü.f.d. Günel Orucovanın təqdimatında dinlənilib.
Sonra elmi katib dosent Aynel Məşədiyeva cari məsələləri diqqətə çatdırıb.
İclasda 2022-ci ilin elmi-tədqiqat işlərinin yoxlanılması ilə əlaqədar komissiya
tərkibinin yaradılması və müddətinin təyin edilməsi, qış sessiyası doktorluq
imtahanları komissiyalarının təsdiqi barədə məsələlər müzakirə edilib.
Şrifti böyüt:
Çap et