Qarabağ zəfərinin ildönümünə həsr olunmuş "Zəfər yolu" adlı tədbir təşkil olunmuşdur.

Şrifti böyüt:
Çap et

4 noyabr 2022-ci il tarixində AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Qarabağ zəfərinin ildönümünə həsr olunmuş "Zəfər yolu" adlı tədbir təşkil olunmuşdur.
Tədbir Azərbaycan Milli Himninin dinlənilməsi və Qarabağ şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlamışdır. Sonrasında çıxış edən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun icraçı direktoru, fil.ü.f.d., dos. Mehman Həsənov Qarabağ zəfərinin əldə edilməsinə qədər tariximizin şahid olduğu hadisələr barədə danışmış, xalqımızın bu uğurda keçdiyi çətin mərhələlər haqqında öz fikirlərini bildirmişdir. AMEA Gənc Alim və Mütəxəssislər şurasının sədri k.ü.f.d. Elmir Babayev Qarabağ şəhidlərinin və qazilərinin, müharibə veteranlarının şücaəti barədə çıxış etmişdir. Daha sonra Nəsimi adına Dilçilik İnstitutunun GAMŞ sədri fil.ü.f.d. Günel Orucovanın II Qarabağ müharibəsi qazisi kapitan Mikayılov Ruhin Mikayıl oğlu barədə hazırladığı video-rolik nümayiş olunmuş və tədbirin xüsusi qonağı olan kapitan Ruhin Mikayılovun döyüş xatirələri dinlənilmişdir. AMEA Gənc Alim və Mütəxəssislər şurasının sədri k.ü.f.d. Elmir Babayev kapitan Ruhin Mikayılova bütün gənc alimlər adından təşəkkürnamə təqdim etmişdir. Tədbirin davamında Nizami adına Ədəbiyyat İnstitutunun GAMŞ sədri Şəfa Əliyeva "Zəfər günü bədii ədəbiyyatda", Nəsimi adına Dilçilik İnstitutu GAMŞ sədri, fil.ü.f.d. Günel Orucova isə "Qarabağın zəfərə gedən mübarizəsi" adlı məruzələrlə çıxış etmiş, o cümlədən digər gənc alimlərin elmi mülahizə və fikirləri dinlənilmişdir. Sonda şura gəncləri, o cümlədən Nəsimi adına Dilçilik İnstitutunu əməkdaşı Aynur Saydova çıxış edərək, Zəfər günü ilə bağlı fikrilərini və tədbir barədə təəssüratlarını bildirmişlər. Tədbir kapitan Ruhin Mikayılovla birgə xatirə şəkilləri çəkdirilməsi ilə yekunlaşmışdır.