“Qəzənfər Kazımov və Azərbaycan filologiyası” mövzusunda respublika elmi konfransının materialları çap olunub.

Şrifti böyüt:
Çap et

Əməkdar elm xadimi, filologiya elmləri doktoru professor Qəzənfər Şirin oğlu Kazımovun anadan olmasının 85 illiyinə həsr olunmuş “Qəzənfər Kazımovun anadan olmasının “Qəzənfər Kazımov və Azərbaycan filologiyası” mövzusunda respublika elmi konfransının materialları çap olunub.
“Elm və Təhsil” nəşriyyatında çap olunan məcmuənin elmi redaktoru, tərtib edəni AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, rəyçilər professorlar Sayalı Sadıqova və İlham Tahirovdur.
Azərbaycan dilçiliyinin aktual problemlərinin tədqiqində və tədrisindböyük xidmətləri olan professor Qəzənfər Kazımov “Dilimiz tarximiz”, “Kitabi-Dədə Qorqud”, “Azərbaycan dilinin tarixi”, “Azərbaycan dilin qrammatikası”, “Azərbaycan dilinin sintaksisi” və sair kitabların, 500-ə qədər elmi və publisistik məqalələrin müəllifidir. Alimin şəxsiyyəti, yaradıcılığı haqqında bir neçə kitab, 300-dən artıq məqalə yazılmışdır.
Oxucular topluda “Qəzənfər Kazımov 85”, “Türkologiya”, “Dil tarixi, dialektologiya” ,””Müasir Azərbaycan dili, üslubiyyat”, “Nəzəri dilçilik, kompüter dilçiliyi”, “Müqayisəli dilçilik” və “”Üç zəmanət” adlı sərlövhələrdə dilçi alimlərin, gənc doktorantların məqalələri ilə tanış ola bilərlər.
Məcmuədə qeyd edilib ki, dilçilik elminin görkəmli nümayəndələrindən biri, ali məktəb müəllimi və parlaq şəxsiyyət Qəzənfər Kazımovun elmi xidmətləri yeni nəsil üçün nümunədir.