AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr
olunmuş tədbir keçirilib.
Tədbiri açan müəssisənin baş direktoru professor Nadir Məmmədli Vətən
müharibəsinin tarixi əhəmiyyətindən danışıb. Professor bildirib ki, Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin “Qarabağ Azərbaycandır və nida” sözləri xalqımızın müqəddəs Vətən
torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı
oldu. Azərbaycan Ordusu 44 günlük əks-hücum əməliyyatlarını
müvəffəqiyyətlə tamamlayaraq Şanlı Zəfər qazandı. İyirmi səkkiz illik həsrət
Qələbə ilə sona çatdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Ordumuz düşməni məhv edərək torpaqlarımızdan qovub çıxardı. Sözsüz,
tarixi Qələbəmiz şəhidlərimizin, qazilərimizin qanı, canı hesabına savaş
meydanında qazanıldı.
Sonra institutun icraçı direktoru dosent Baba Məhərrəmli, professor İlham
Tahirov, İlhami Cəfərsoy əsgər və zabitlərimizin Vətən müharibəsi zamanı
böyük vətənpərvərlik, fədakarlıq və igidlik nümunəsi göstərdiklərini vurğulayıb,
işğaldan azad olunmuş torpaqlarımızda geniş abadlıq və quruculuq
tədbirlərinin həyata keçirildiyini qeyd ediblər.
İnstitutun aparıcı elmi işçisi dosent Təranə Şükürlü bildirib ki, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən
müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən
məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma
yurd yerlərinə qayıtmasına imkan yaradıb. Ağalı kəndinə əhalinin köçürülməsi
Böyük Qayıdışın ilk qədəmləridir.
Şrifti böyüt:
Çap et