Dilçilik İnstitutunda elmi seminar: “Şuşa ili”

Şrifti böyüt:
Çap et

28 oktyabrda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına İnstitutunda “Şuşa ili”ilə bağlı Elmi sessiya keçirilib.
Elmi sessiya Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil edilib.
Professor Nadir Məmmədli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinə Azərbaycanın Mədəniyyət Paytaxtı statusu verilməsi də tarixi reallığın və obyektiv gerçəkliyin ifadəsidir. Mədəniyyət paytaxtı Şuşanın bərpasına və yenidən qurulmasına, ilk növbədə, mədəniyyət tədbirləri – “Xarıbülbül” Musiqi Festivalı və Molla Pənah Vaqifin məqbərəsinin açılması ilə başlanılması, ilk açılışlardan biri kimi məhz məşhur xanəndə Bülbülün ev muzeyinin olması qədim şəhərin bazasında XXI əsrin möhtəşəm mədəniyyət şəhərinin salınacağından xəbər verir.
Tədbirdə filologiya elmləri doktoru, dosent İlhami Cəfərsoy – “Şuşa Troya dövründə”, filologiya üzrə fəlsəfə doktoru, dosentlər Elçin İsmayılov – “XIX əsr Şuşa ədəbi mühitinin dil xüsusiyyətləri”, Zamiq Təhməzov – “Qarabağın etnotoponimləri”, Qurban Bayramov – “Natəvan haqqında bildiklərimiz və bilmədiklərimiz”, Qüdsiyyə Qəmbərova “Azərbaycan dilinin dialektologiya şöbəsinin Şuşa ilinə töhfəsi” adlı məruzələrlə çıxış etmişlər. Bildirilib ki, əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuş bu şəhər Azərbaycan memarlığının şah əsərlərindən biridir. Şuşadakı məscidlər, şərq üslubunda tikilmiş çoxsaylı evlər, tarixi Şuşa qalası, daş məhəllələr, bulaq-abidələr milli xüsusiyyətlərə malik olan Azərbaycan memarlığının nadir əsərləridir. Otuz ilə yaxın işğal dönəmindən sonra Şuşa öz azadlığına, ruhsal bütövlüyünə qovuşmaqdadır.