28 oktyabrda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Özbəkistanın
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin
Təhsil mərkəzinin direktoru İnomjon Azimov, müəllimi dosent Muyassar
Saparniyazova, Nazirlər Şurasının Özbək dili İnkişafı fondunun directoru
Azizbek Eminov ilə görüş olub.
Görüşdə elmi müəssisənin baş direktoru professor Nadir AMEA Nəsimi
adına Dilçilik İnstitutu qardaş Özbəkistanın akademik dairələri ilə əlaqələrin
uğurla davam etdiyini vurğulayıb. Nadir Məmmədli bildirib ki, 22 aprel 2022-ci
ildə Nəsimi adına Dilçilik İnstitutu Özbəkistanın Əlişir Nəvai adına Daşkənd
Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə onlayn görüş keçirib. Dilçilik
İnstitutu ilə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında
əməkdaşlıq müqaviləsi bağlanıb. Müqavilədə birgə elmi tədqiqatların
aparılması, konqres, konfrans, seminar və simpoziumların keçirilməsi, müəllim
və doktorant mübadiləsi və digər məsələlər nəzərdə tutulub.
Professor qeyd edib ki, hazırda Dilçilik İnstitutunda “Azərbaycanca-özbəkcə
lüğət”, “Azərbaycanca-özbəkcə-türkcə danışıq kitabça”sı hazırlanır. . Bu elmi
əməkdaşlıq nəticəsində əlaqələrimiz möhkəmlənir və davamlı xarakter
almağa başlayır.
Tədnirdə Ədəbiyyat İnstitutunun professoru Almaz Binnətova, Terminologiya
şöbəsinin müdiri professor Sayalı Sadıqova, Bakı Slavyan Universitetinin
Türkologiya kafedrasının müəllimi dosent Nuridə Novruzova, Türk dilləri
şöbəsinin aparıcı elmi işçisi dosent Təranə Şükürlü görüşün elmi əlaqələrin
genişlənməsinə böyük təkan verəcəyini vurğulayıblar.
Qonaqlar görülən işlərin davamlı olacağını bildiriblər və beşcildlik “Özbək
dilinin izahlı lüğəti”ni instituta hədiyyə ediblər.
Şrifti böyüt:
Çap et